Ukrayna Rusiya PUA-larını Belarusa necə yönləndirir?

2024/12/1733484048.jpg
Oxunub: 442     15:05     09 Dekabr 2024    
Ukrayna Moskvanın kütləvi hücumlarda “Şahed” Pilotsuz Uçuş Aparatlarından (PUA) artan istifadəsinə qarşı müqavimət göstərməyin yeni yolunu tapıb: onları Rusiyaya və ya Kremlin dostu Belarusun hava məkanına yönləndirmək.

Ordu.az xəbər verir ki, Moskva Ukraynaya hücum etmək üçün daha çox PUA-lar istehsal etsə də, Kiyev onları vurmağın və ya gəldikləri yerə geri göndərməyin yolunu tapıb.

Ötən gün Rusiya ordusu Ukraynaya qarşı 110 ədəd “Şahed” tipli PUA buraxıb. Bunlardan 52-si Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, 50-si isə “itirilmiş” kimi qiymətləndirilib və nəzərdə tutulan hədəflərə çata bilməyib.

Bəs 50 PUA hara yoxa çıxıb?

Demokratiyaları Müdafiə Etmə Fondunun Rusiya Proqramının direktor müavini Con Hardi bu suala cavab verməyə çalışıb.

“Ukraynanın etdiyi əsasən saxtakarlıqdır. Yəni bu “Şahed”, ya da rusların dediyi kimi “Geran-2” PUA-larına saxta GPS hədəfləri verərək, onların marşrutlarından yayınmasına səbəb olurlar”, - deyə o qeyd edib.

Hardi bildirib ki, PUA-lara qarşı qarışdırma tətbiq edən bir sistem var.

“Ancaq bunların etdiyi şey bir növ gizli şəkildə içəri daxil olmaq və PUA-nın hədəflərin dəyişdirildiyini bilməsinə imkan verməməkdir. Onu yanlış istiqamətə getməsi üçün aldadır”, - deyə o vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   PUA  


Bizi "telegram"da izləyin