Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Hovhannes İşxanyan deyib.
Onun sözlərinə görə, əslində diktatorlar adətən satqın olmur.
“İcra hakimiyyətinin rəhbəri deputatı istefaya məcbur edir, Ali Məhkəmə Şurasının sədri işdən çıxarılır, o da məmnunluğunu bildirir, bəli, biz diktatura ilə üzləşirik. Amma bu, arxasında müəyyən təfəkkürün dayandığı bir diktaturadır”, - deyə İşxanyan qeyd edib.
İşxanyan bildirib ki, Paşinyan Ermənistanın maraqları naminə birdən-birə müttəfiqi Rusiya ilə daha yaxın münasibətlər qurmaq qərarına gəlsə, qeyri-hökumət təşkilatları hakimiyyəti tənqid etməyə başlayacaq.
Alpər Mövludoğlu
Ordu.az