Çin və Rusiya Yapon dənizində birgə hava patrul xidməti təşkil edib

2024/11/1732956073.jpg
Oxunub: 557     14:40     30 Noyabr 2024    
Çin və Rusiya döyüş təyyarələri Yapon dənizi üzərində “strateji hava patrul” uçuşları həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.

Açıqlamada fəaliyyətin iki ölkə ordusunun illik əməkdaşlıq planı çərçivəsində həyata keçirildiyi qeyd edilib.

Açıqlamada 9-cu dəfə təşkil edilən hava patrul xidmətinin iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə təlim və əməliyyat imkanlarını sınaqdan keçirmək və təkmilləşdirmək məqsədi daşıdığı bildirilib.

Çin Xalq Azadlıq Ordusu tərəfindən milli mediaya təqdim edilən fotoşəkillərdə Çinə məxsus 1 J-16 döyüş təyyarəsi və 2 H-6N bombardmançı təyyarəsinin patrul uçuşu zamanı Rusiyaya məxsus “Tu-95” bombardmançı təyyarəsini müşayiət etdiyi görüntülənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Rusiya   Yapon-dənizi  


Bizi "telegram"da izləyin