Türkiyə nəhəngi Hindistanla imzaları atdı, bu bir ilkdir

2024/11/1732950534.jpg
Oxunub: 557     16:07     30 Noyabr 2024    
HAVELSAN ilk mülki aviasiya simulyatorunu Hindistana ixrac edəcək və A320 NEO simulyatorunu təhvil verəcək.

Ordu.az xəbər verir ki, HAVELSAN yaxın gələcəkdə açılacaq Yeni Dehli Tədris Mərkəzi üçün A320 NEO Simulyatorunu çatdırmaqla bağlı Fransada yerləşən pilot təlim və simulyasiya mühəndisliyi həlli şirkəti “Simaero” ilə razılığa gəlib.

Yeni Dehlidə keçirilən mərasimdə müqaviləni “Simaero India” Baş direktoru Xuşbeq Cattana və HAVELSAN-ın Baş direktoru Mehmet Akif Nacar imzalayıb.

“Simaero”nun Yeni Dehlidəki ilk aviasiya təlim mərkəzi 2025-ci ilin əvvəlində açılacaq və yaxın gələcəkdə 8 tam uçuş simulyatoruna ev sahibliyi edəcək.

HAVELSAN tərəfindən təqdim olunan simulyator 2025-ci ilin ikinci rübündə təlimə hazır olacaq.

Obyekt Hindistan və Cənubi Asiyada simulyator təlimi üçün mərkəz olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Hindistan  


Bizi "telegram"da izləyin