Livanda atəşkəs rejimi və Fransanın müdaxiləsi – BAXIŞ BUCAĞI

2024/11/1732948576.jpg
Oxunub: 570     13:35     02 Dekabr 2024    
ABŞ prezidenti Cozef Bayden Livan və İsrail hökumətlərinin atəşkəs razılaşmasını təsdiqlədiyini və onun qüvvəyə mindiyini açıqlayıb.

Həmin sənədin təfərrüatları açıqlanmır. Mənbələrə görə, atəşkəs 60 günlük müddətə nəzərdə tutulub. Bu müddət ərzində İsrail-Livan sərhədinə nəzarət Livan Silahlı Qüvvələrinə və BMT-nin sülhməramlı qüvvələrinə verilməli, “Hizbullah” isə öz qruplaşmalarını Litani çayının şimalına köçürməlidir.

ABŞ prezidentinin bəyanatından əvvəl noyabrın 26-da axşam saatlarında İsrailin Baş nazirinin videomüraciəti olub, videomüraciətin əsas mesajı müharibənin bitməməsidir. Netanyahu açıq mətnlə bildirib ki, hərbi kabinet ordunun arsenalını doldurmaq üçün atəşkəsə razılaşıb. İsrail müxalifəti “Hizbullah”ın da belə bir fürsət əldə etdiyini bildirib.

Üstəlik, Netanyahu gizlətməyib ki, Livanın cənubundakı atəşkəs ikinci cəbhəni bağlayır və HƏMAS-la danışıqlarda hökumətin mövqeyini gücləndirir. O əmin edib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq əsas məqsədinə çatmaq üçün qüvvələrə qənaət edilməsindən istifadə ediləcək. Hətta ən məlumatlı ekspertlər belə hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdıra bilmirlər.

Bundan başqa, belə bir fikir var ki, əsas müqaviləyə əlavə olaraq “gizli İsrail-ABŞ razılaşması” var və buna əsasən, Livan hökuməti “Hizbullah”ı planlaşdırılanı yerinə yetirməyə məcbur edə bilməsə, Yerusəlim istənilən vaxt döyüşləri bərpa etmək hüququna malikdir. Bu kontekstdə atəşkəs zəmanətinin təkcə ABŞ-yə deyil, həm də Fransaya saxlanması son dərəcə vacibdir. Bunu Bayden birmənalı şəkildə deyib.

İsrail KİV-ləri daha əvvəl bildirib ki, Netanyahunun hərbi kabinetinin razılaşmaya əsas etirazı Fransanın nizamlanma prosesində iştirakı ilə bağlıdır. Buna görə də Netanyahu son ana qədər Avropa İttifaqı ölkələri arasında Almaniyanın İsrail-Fələstin münaqişəsi ilə bağlı qeyri-obyektiv mövqe tutduğunu iddia edib.

Parisin Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu haqqında həbs qərarı ilə bağlı ümumi bəyanat yaymasından sonra Fransanın bu işə qarışması məsələsi həll olunub. Bu məsələdə, şübhəsiz ki, Livan hökumətinin birmənalı olaraq Fransanın xeyrinə olan mövqeyi də rol oynayıb. Birləşmiş Ştatlar, görünür, razılaşmanı pozmamaq üçün məsuliyyəti Parislə bölüşmək variantını qəbul edib.

Livan və İsrail arasında razılaşmaya zəmanət vermək məsələsinə təkcə aylardır HƏMAS ilə danışıq üçün platforma təmin edən Misir, Səudiyyə Ərəbistanı və ya Qətər kimi regionun nüfuzlu ölkələrinin deyil, həm də Suriyada hərbi mövcudluğa sahib olan Türkiyə və Rusiyanın cəlb edilməsi hədsiz dərəcədə vacibdir. İsrail-Livan atəşkəs bəyanatından əvvəl NATO-nun Baş katibi Mark Ruttenin Türkiyəyə səfəri də diqqət çəkir.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, danışıqların əsas nəticəsi NATO-nun 2026-cı il sammitinin Türkiyədə keçirilməsinə qərar verilməsidir. Rusiyada böyük ehtimalla Türkiyənin “NATO-dan çıxa biləcəyi” düşüncələri ilə vidalaşıblar.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   Fransa  


Bizi "telegram"da izləyin