Livan İsraili mədəni irs obyektlərini məhv etməkdə ittiham edib

2026/03/1774694412.jpg
Oxunub: 189     08:24     29 İyun 2026    
İsrail Livanın cənubundakı bir sıra mədəni irs obyektlərini tamamilə məhv edib və ya ciddi şəkildə zədələyib.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" Livanın mədəniyyət naziri Qassan Salameyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Tir şəhərindəki qədim bir sütun zədələnib. Bundan əlavə, cənub şəhərində həm müsəlmanlar, həm də xristianlar tərəfindən hörmət edilən ziyarətgah yeri dağıdılıb.

Livan tərəfi həmçinin Nəbatiyyədə Məmlük dövrünə aid bir bazarın dağıdılması və sərhəd bölgələrində əsrlər boyu mövcud olan yaşayış məntəqələrinə ziyan dəydiyini bildirib.

Bundan başqa müharibə zonasında yerləşən Bofort qalası və Tebninedəki səlibçi qalası da narahatlıq doğurur. UNESCO, Tir də daxil olmaqla mədəni irs obyektlərinin vəziyyəti, eləcə də Çamdakı qalaya dəyən ziyan və Bofort qalası ərazisində döyüşlər barədə məlumatlarla bağlı narahatlığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin