Rumıniya “Lockheed Martin”dən 32 ədəd F-35 “Lightning II” döyüş təyyarəsi almaq niyyətini rəsmən təsdiqləyib

2024/11/sdsd6-1732945706.jpg
Oxunub: 453     14:46     30 Noyabr 2024    
Rumıniya ABŞ ilə 32 ədəd F-35 döyüş təyyarəsi almaq üçün Təklif və Qəbul Məktubu (LoA) imzalayıb.

Ordu.az xəbər verir ki, Rumıniya ABŞ hökuməti tərəfindən Xarici Hərbi Satış (FMS) çərçivəsində “Lockheed Martin”dən 32 ədəd F-35 “Lightning II” döyüş təyyarəsi almaq niyyətini rəsmən təsdiqləyib.

Tədarük təxminən 6,4 milyard dollar dəyərindədir.

“Lockheed Martin” tərəfindən verilən açıqlamada qeyd edilib: “Bu qərar Rumıniyanın müdafiə strategiyasında güclü və qabaqcıl hərbi qüvvəni saxlamaq öhdəliyində mühüm mərhələdir”.

Rumıniya platformanın Belçika, Çexiya, Danimarka, Finlandiya, İtaliya, Niderland, Polşa və Böyük Britaniyanın da daxil olduğu böyük Avropa müştəri bazasına qoşulur.

ABŞ-nin Rumıniyadakı səfiri Ketlin Kavalek Buxarestdə imzalanma mərasimində jurnalistlərə verdiyi açıqlamada bu təyyarələrin 2030-cu ilə qədər Rumıniya üzərində uçacağını gözlədiyini bildirib.

Sənədi Rumıniyanın müdafiə naziri Anxel Tilvar və Kavalek imzalayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Lockheed-Martin  


Bizi "telegram"da izləyin