Ordu.az xəbər verir ki, Antonın ifadələrində maraqlı fikirlər yer alıb.
“Əvvəllər biz sadəcə məşq edirdik. Lakin müharibə başlayan gün silahlar tam hazır idi. Nəzəri cəhətdən biz nüvə hücumuna hazır idik”, - deyə o qeyd edib.
Rusiya qoşunlarının Ukrayna sərhədlərini keçməsindən üç gün sonra Vladimir Putin Rusiyanın nüvə çəkindiriciliyi qüvvələrinə “xüsusi döyüş missiyası rejimi”nə keçməyi əmr edib.
Anton bu həyəcan vəziyyətinin müharibənin ilk günündən tətbiq edildiyini və bazanın qapalı sistemlə fəaliyyət göstərdiyini bildirib.
“Bunun nə demək olduğunu tam başa düşə bilmədim. Mən öz vəzifəmi avtomatik yerinə yetirirdim. Biz müharibədə iştirak etmirdik, sadəcə nüvə silahlarını qoruyurduq”, - deyə o vurğulayıb.
Anton qeyd edib ki, xəbərdarlıq statusu iki-üç həftədən sonra qaldırılıb.

Rusiyanın Nüvə Qüvvələrinin keçmiş zabiti deyib ki, nüvə qüvvələrində qulluq edən hərbi qulluqçular ciddi seçim prosesindən keçirlər və yalnız peşəkar hərbi qulluqçular xidmətə qəbul edilir.
“Hər bir namizəd yalan detektoru testindən keçir. Maaşlar yüksəkdir, hərbi qulluqçular müharibəyə göndərilmir. Onların vəzifəsi nüvə hücumunu ya dəf etmək, ya da həyata keçirməkdir”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az