Qəzzada son həftələrdə 130 mindən çox insan evlərini tərk edib

2024/11/1732942363.jpg
Oxunub: 389     08:50     30 Noyabr 2024    
Qəzzanın şimalında son həftələrdə 130 mindən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Ordu.az-ın məlumatına görə, bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Yaxın Şərq üzrə rəhbəri Filip Lazzarini deyib.

Onun sözlərinə görə, Qəzza zolağının ən azı 1 milyon sakini soyuq qış havalarında qorumaq üçün lazımi sığınacağa malik deyil.

“Qəzzanın mənzil ehtiyacının dörddə birindən az hissəsi ödənilir ki, bu da təxminən 1 milyon insanı qış yaxınlaşdıqca sərt hava şəraitinə məruz qalma riski ilə üz-üzə qoyur. Eyni zamanda daha 545 min insan zədələnmiş binalarda və müvəqqəti sığınacaqlarda yaşayır. Odur ki, Fələstin anklavının brezent və digər tikinti materiallarına ehtiyacı var”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   UNRWA  


Bizi "telegram"da izləyin