Türkiyənin müdafiə sənayesində bütün alt sistemlərin yerliləşdirilməsi hədəflənir

2024/11/1732871136.jpg
Oxunub: 578     18:44     30 Noyabr 2024    
Türkiyə müdafiə sənayesi yerliləşdirilməyə davam edir.

Ordu.az xəbər verir ki, Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır müdafiə sənayesindəki bütün alt sistemlərdə yerliləşdirmə hərəkətlərini sürətləndirmək istədiklərini bildirib.

“Milli Texnologiya Həmləsi hədəflərimiz üçün heç bir sahədə xarici asılılığın olmaması çox dəyərlidir”, - deyə o qeyd edib.

Kacır Konya Sənaye Palatasının 50 illik yubiley tədbirində iştirak etmək üçün gəldiyi şəhərdə TÜMOSAN-ın fabrikini ziyarət edib.

Burada Kacır səlahiyyətlilərdən istehsal və “Ar-Ge” fəaliyyətləri haqqında məlumat alıb və TÜMOSAN-ın müdafiə sənayesindəki investisiyalarını yerində araşdırıb.

Zavodda istehsal olunan traktora minən Kacır işçilərlə xatirə şəkli çəkdirib.

Kacır jurnalistlərə verdiyi açıqlamada Türkiyənin qabaqcıl sənaye şəhərlərindən biri olan Konyada sənayenin qürur duyulası qurumlarından olan TÜMOSAN-ı ziyarət etdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TÜMOSAN  


Bizi "telegram"da izləyin