Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Ermənistan daxili işlər naziri ilə Avropa İttifaqı (Aİ) nümayəndəsi Vasilis Maraqos arasında ötəngünkü görüş barədə açıqlamada yazılıb: “Aİ nümayəndə heyətinin rəhbəri Arpine Sarkisyanı təyinatı münasibətilə təbrik edib və ona uğurlar arzulayıb, Aİ-nin davamlı və hərtərəfli dəstəyə hazır olduğunu vurğulayıb. Maraqos əməkdaşlıq sayəsində görülən genişmiqyaslı işləri vurğulayıb və əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib”.
Hətta hökumətin qanunvericiləri də bu açıqlamalardan təəccübləniblər ki, əgər parlamentin son dinləmələrində Ermənistanda cinayətlərin biabırçı miqyasından və narkotiklərin yayılmasından danışıblarsa, hansı böyük işlər görülüb? Ermənistanda polis yalnız Paşinyanın hakimiyyətini saxlamaqda və müxalifəti sıxışdırmaqda təkmilləşib. Hesab olunur ki, Qərb polisi məhz buna görə dəstəkləyir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az