“Cengaver” hərbi qulluqçuların insansız sistemlərlə əlaqə qurma qabiliyyətini artıracaq

2024/11/1732861563.jpg
Oxunub: 478     15:25     30 Noyabr 2024    
Hərbi personalın sağlamlıq və fəaliyyət məlumatlarını izləmək üçün hazırlanmış HAVELSAN “Cengaver” ilə fəaliyyət, sağlamlıq və yer məlumatlarının real vaxt rejimində izlənilməsi həyata keçirilir.

Ordu.az xəbər verir ki, “Cengaver” geyilə bilən texnologiyalarla təchiz edilən hərbi qulluqçuların insansız sistemlərlə əlaqə qurma qabiliyyətini artıracaq.

Müxtəlif komponentlərlə təchiz edilmiş sistem “bluetooth” vasitəsilə “Doob-mobil” komanda və idarəetmə tətbiqi ilə inteqrasiya olunmuş şəkildə işləyir, nəbz, oksigen səviyyəsi, dəri temperaturu, fiziki fəaliyyət və yer məlumatlarını anında toplayıb ötürür.

HAVELSAN şirkətinin modelləşdirmə və sensor texnologiyaları qrup rəhbəri Çağlar Akman “Cengaver” rəqəmsal əsgər ailəsi haqqında danışıb.

“Cengaver”in lüğət mənasını vurğulayan Akman əməliyyatda personalın situasiya məlumatlılığını artırmaq və vəzifələrini daha güclü şəkildə yerinə yetirmələrini təmin etmək məqsədi daşıdıqları üçün layihəyə bu adı verdiklərini deyib.

“İnkişaf etdirdiyimiz ağıllı saatda üç fərqli xüsusiyyəti izləyə bilirik. Birincisi, bu üzvlərin sağlamlığını, ürək döyüntüsü, qan oksigen səviyyəsi, qan təzyiqi və ya bədən istiliyi kimi dəyərləri izləyə bilərik. İkinci qrupda isə bu insanların fəaliyyətini izləyə bilərik: Qaçırmı, yeriyirmi, huşunu itirdimi, yıxıldımı və ya bir yaralanması varmı, bir qanaxması varmı, qan itirməsi varmı kimi anomaliyaları izləyə bilərik”, - deyə HAVELSAN şirkətinin modelləşdirmə və sensor texnologiyaları qrup rəhbəri qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HAVELSAN   Cengaver  


Bizi "telegram"da izləyin