Rəsmi olaraq dünyanın ən sürətli superkompüteri – EL CAPİTAN

2024/11/1732858693.jpg
Oxunub: 628     12:37     21 Dekabr 2024    
Kaliforniyadakı Lourens Livermor Milli Laboratoriyasında yerləşən “El Capitan” rəsmi olaraq dünyanın ən sürətli superkompüteri oldu.

AMD tərəfindən dəstəklənən “El Capitan” 1742 eksaflop emal gücünə malikdir. AMD tərəfindən dəstəklənən “El Capitan” 1742 eksaflop gücü ilə siyahıya başçılıq edir və 1.3 eksaflop gücə malik “Frontier”i geridə qoyur.

“El Capitan” superkompüterinin xüsusiyyətləri hansılardır?

“El Capitan” 44 544 ədəd AMD MI300A APU-su ilə təchiz edilmiş 11 136 düyün və 5,4 petabayt əsas yaddaşa malikdir. Superkompüterin müqayisəli sınaqlarda saniyədə 1742 kvintilyon əməliyyat (exaflops) performansına çatdığı bildirilir.

“El Capitan” 44,544 AMD MI300A prosessorunda 11,039,616 emal nüvəsini (CPU+GPU) ehtiva edir. Bu APU-lar həm CPU, həm də GPU nüvələrini eyni fiziki paketdə birləşdirir. Hər bir MI300A çipində əksəriyyəti 3D olaraq yığılan 13 çiplet var, bu çipletlər CDNA 3 qrafik mühərriki və ümumilikdə 128 GB-lıq 8 HBM3 yaddaş yığını ilə birləşdirilmiş 24 ədəd “Zen 4 CPU nüvəsindən ibarət tək çip paketini formalaşdırır.

“Top500” siyahısında ilk üç superkompüter

Sistem - Nüvə - Rmax (PFlop/s) - Rpeak (PFlop/s) - Güc (kVt)

“El Capitan” - HPE “Cray EX255a”, AMD 4-cü Nəsil EPYC 24C 1.8GHz, AMD “Instinct MI300A, Slingshot-11” - 11,039,616 - 1,742 - 2,746 - 29,581

“Frontier” - HPE “Cray EX235a”, AMD xüsusi 3-cü Nəsil EPYC 64C 2GHz, AMD “Instinct” MI250X - 8,699,904 - 1,353 - 2.055 - 22,786

“Aurora” - HPE “Cray” EX - “Xeon CPU Max” 9470 52C 2.4GHz, “Intel Data Center GPU” - 9,264,128 - 1,012 - 1,980 - 38,698


Milli Nüvə Təhlükəsizliyi İdarəsi yeraltı partlayışlara ehtiyac olmadan partlayışları simulyasiya edərək, ABŞ-nin nüvə arsenalını modernləşdirmək, nüvə ehtiyatının köhnəlmə təsirlərini, təhlükəsizliyini və etibarlılığını simulyasiya etmək üçün sistemdən istifadə edəcək. Sistem 2 yeni qitələrarası ballistik raket dizaynının hazırlanmasında da istifadə olunacaq. “El Capitan” yüksək performanslı hesablama (HPC) və süni zəka iş yüklərində missiya yerinə yetirəcək.

“El Capitan” nəzəri olaraq 2746 eksaflops pik performans səviyyəsinə çata bilər. Ancaq bu rəqəm real dünyada tətbiq olunmayan mükəmməl xətti performans miqyası ilə yüksək sürətlə işləyən sistem komponentlərinin tam performansından hesablanır. Superkompüterlər üçün etalon hesab edilən Yüksək Performanslı “Linpack” (HPL) müqayisəsində isə o, 1742 eksaflopsa çatır. Gələcəkdə daha dəqiq tənzimləmə ilə bu dəyərin arta biləcəyi bildirilir.

“El Capitan” tam gücü ilə 35 MVt enerji istehlak edir və 58,89 giqaflop/vatt dəyəri ilə “Green500”ün ən səmərəli superkompüterlər siyahısında 18-ci yeri tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: EL-CAPİTAN   AMD  


Bizi "telegram"da izləyin