Ordu.az xəbər verir ki, zirehli döyüş vasitələrinin çevrilməsinin və tankların gələcəyinin müzakirə edildiyi proqramda Altınışık FNSS istehsalı olan zirehli amfibiya döyüş vasitəsinin qabiliyyəti ilə bağlı mühüm açıqlamalar verib.
Amfibiya zirehli vasitələrinin ümumiyyətlə istifadə olunduğu əraziyə uyğunlaşa bilməsinin vacibliyindən bəhs edən Altınışık qeyd edib ki, dünyanın müxtəlif şirkətlərinin istehsal etdiyi zirehli vasitələr arasında çoxlu müqayisələr var.
“FNSS nöqteyi-nəzərindən baxdığımız zaman digər istehsal edilən zirehli vasitələrlə vasitələrin imkanları baxımından rəqabət var. Bacarıq baxımından amfibiya vasitələrində ən böyük problem çay yatağında və ya dənizdə sudan çıxmaq və suya daxil olmaqdır. Ordular amfibiya zirehli vasitələri ilə təlimlər keçirsə də, əməliyyat zamanı vasitənin xüsusiyyətlərinə uyğun hərəkət etməmək, istehkamın gəlməsini gözləmək kimi hallar həm əməliyyatın keyfiyyətini aşağı salır, həm də vasitənin düzgün istifadəsinə mane olur. Bəli, tırtıllı vasitələr yaratmaq asan iş deyil. Lakin buna baxmayaraq, zirehli vasitədən əvvəl zirehli vasitədən istifadə edən şəxsi heyət öndə gəlir”, - deyə Altınışık bildirib.

Sevinc Əliyeva
Ordu.az