“CANiK”lə orta çaplı toplarda yeni dövr başlayır - FOTOLAR

2024/11/2024--5198087784.jpg
Oxunub: 448     11:50     30 Noyabr 2024    
Türkiyənin “CANiK” şirkətinin 30×113 mm Orta Çaplı Top Sistemi ixracdan sonra Türkiyədəki ordu və təhlükəsizlik qüvvələrinə təklif edilərək, güclərinə güc qatacaq.

Ordu.az xəbər verir ki, “CANiK”in bağlı olduğu “Samsun Yurt Savunma (SYS) Grup” müdafiə sənayesində cığır açan həllərinə bir yenisini əlavə edib.


Qrup daxilindəki “AEI Systems” və UNIROBOTICS şirkətləri ilə əməkdaşlıq çərçivəsində inkişaf etdirilən 30×113 mm-lik aşağı geri təpmə qabiliyyətinə malik orta çaplı top sistemi təqdim edildiyi andan dünya ordularının ehtiyaclarını qarşılamaq üçün həm ölkə daxilində, həm də xaricdə böyük diqqət çəkib.

“Venom” LR topu ilə “Trakon” Uzaqdan İdarə Edilən Silah Sistemi ailəsinin ən diqqət çəkən üzvlərindən biri olan “Trakon 30”u bir araya gətirən bu sistem ortaya çıxan üstün performansı ilə dünya orduları tərəfindən bəyənilib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   CANiK  


Bizi "telegram"da izləyin