“Pars Alpha”nın 6×6 modeli gələcək - FOTO

2024/11/2024--3465391624.jpg
Oxunub: 586     11:09     30 Noyabr 2024    
Türkiyənin FNSS şirkətinin yeni nəsil zirehli döyüş vasitəsi “Pars Alpha” 8×8-dən sonra 6×6 modeli də istehsal olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə FNSS şirkətinin korporativ kommunikasiyalar meneceri Cem Altınışık məlumat verib.

Altınışık “Pars Alpha” 6×6 modelinin hazırlanmasının FNSS-in planları arasında olduğunu bildirib.

“Pars Alpha” ailəsinin yeni üzvü olacaq 6×6 modeli haqqında danışan Altınışık qeyd edib: “Bu gün xatırlayırsınızsa, biz ilk dəfə “Pars I”i hazırlayanda, qısa müddət sonra onun 6×6 versiyasını hazırladıq, sonra isə Omanın proqramına çevrilən “Pars III”ün 6×6 versiyasını hazırladıq. Dünyada 6×6 modellərə ciddi tələbat var”, - deyə o qeyd edib.

Bu baxımdan Altınışık xüsusilə 6×6 konfiqurasiyalı zirehli vasitələrə marağın artdığına diqqət çəkib.

“İspaniyada tələbat var, Avropada tələbat var, Avstriya yeni “Pandur”larını alıb. Hazırda 6×6-ya doğru çox ciddi bir tendensiya var. Səbəb odur ki, müəyyən missiya avadanlıqları və ya sistemləri 4×4 üzərində qurula bilməz və onlar 8×8 üçün çox böyükdür”, - deyə o əlavə edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   FNSS   Pars-Alpha  


Bizi "telegram"da izləyin