Ordu.az xəbər verir ki, tədarüklər 2021-ci ilin dekabrında imzalanmış 4 vahidlik müqavilə çərçivəsində həyata keçirilib və ümumilikdə 8 ədəd “S-70i Black Hawk” sifarişi tamamlanıb.
Polşanın ilk 4 ədəd “S-70i” sifarişi 2019-cu ilin yanvarında edilib. Xüsusi təyinatlı qüvvələrin əməliyyatlarını dəstəkləmək üçün optimallaşdırılmış bu helikopterlər həmin ilin dekabrında təhvil verilib.
“Blackhawk” lazerlə idarə olunan “Hellfire” zireh əleyhinə raketi üçün buraxılış platforması kimi təsvir edilir.
“Blackhawk” xarici anbar dəstək sistemindən istifadə edərək, 16 ədəd “Hellfire” raketi daşıya bilər.
Sevinc Əliyeva
Ordu.az