Qəzzada ölənlərin sayı 44,2 min nəfəri keçib

2024/08/1722674998.jpg
Oxunub: 423     18:09     24 Noyabr 2024    
Ötən ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan indiyədək İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 44 min 200-dən çox fələstinli həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi teleqramda bildirib.

"İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 2023-cü ilin oktyabrından bugünədək 44 211 nəfərə yüksəlib, daha 104 567 nəfər yaralanıb", - deyilir.

Qeyd olunur ki, son 24 saat ərzində Qəzzada 35 fələstinli həlak olub, daha 94 nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Müharibə  


Bizi "telegram"da izləyin