Livan SN: İsrailin hücumları nəticəsində 24 nəfər ölüb, yaralılar var

2024/11/1730522114.jpg
Oxunub: 425     04:16     24 Noyabr 2024    
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın şimal-şərqindəki şəhər və qəsəbələrə intensiv zərbələr endirib, nəticədə 24 nəfər ölüb, 45 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi yanında Təcili Yardım Mərkəzinin hesabatında deyilir.

Bildirilib ki, raket zərbələri “Hizbullah”ın bazalarının yerləşdiyi və tərəfdarlarının yaşadığı Baalbek əyalətinə endirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   Livan  


Bizi "telegram"da izləyin