Qərb ölkələri İranı AEBA ilə əməkdaşlığa çağırıb

2024/06/1717493580.jpg
Oxunub: 575     00:16     24 Noyabr 2024    
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarəetmə Şurasının İran əleyhinə qəbul etdiyi qətnaməni alqışlayır.

Ordu.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında dərc olunmuş bəyanatda deyilir.

Məlumata görə, bu ölkələr İranı nüvə materiallarından istifadə ilə bağlı AEBA-ya məlumat vermədiyinə görə qınayıb və Tehranı qurumla əməkdaşlığa çağırıb.

Bundan əvvəl “Reuters” xəbər verib ki, AEBA İranı agentliklə əməkdaşlıqdan yayındığına görə tənqid edən qətnamə qəbul edib. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, agentlik Tehran və onun nüvə proqramına qarşı qeyri-konstruktiv qərar qəbul edərsə, İran tərəfi qəti cavab tədbirləri görəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   AEBA  


Bizi "telegram"da izləyin