Şimali Koreya neft, HHM raketləri və iqtisadi yardım müqabilində Rusiyaya qoşun verir

2024/11/1732342502.jpg
Oxunub: 808     17:14     23 Noyabr 2024    
Hökumət rəsmiləri və araşdırma qrupu cümə günü bildiriblər ki, Şimali Koreya neft, Hava Hücumundan Müdafiə (HHM) raketləri və iqtisadi yardım müqabilində Moskvanın Ukraynaya qarşı müharibəsini dəstəkləmək üçün Rusiyaya qoşun verir.

Ordu.az xəbər verir ki, ABŞ və Cənubi Koreya nüvə silahına malik Şimali Koreyanı Rusiyanın Ukraynadakı müharibəsinə kömək etmək üçün 10 mindən çox hərbi qulluqçu göndərməkdə ittiham edib.

Mütəxəssislər qeyd ediblər ki, Kim Çen In bu dəstəyin müqabilində öz qoşunlarına qabaqcıl texnologiyaya çıxış və döyüş təcrübəsi təqdim etməyi hədəfləyir.

Cənubi Koreyanın baş təhlükəsizlik müşaviri Şin Von-sik Şimali Koreyanın hərbi qulluqçu göndərmə müqabilində aldığı dəstəklə bağlı açıqlamasında deyib: “Pxenyanın həssas HHM sistemini gücləndirmək məqsədi daşıyan avadanlıq və zenit raketlərinin Şimali Koreyaya təhvil verildiyi müəyyən edilib”.

Şin yerli SBS telekanalına müsahibəsində əlavə edib ki, Şimali Koreya müxtəlif formalarda iqtisadi dəstək də alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   HHM  


Bizi "telegram"da izləyin