Bankok Vyetnam müharibəsindən sonra ABŞ-dən ilk hərbi tədarükünü həyata keçirib

2024/11/1732342431.jpg
Oxunub: 674     18:13     23 Noyabr 2024    
Vyetnam 5 ədəd T-6C “Texan II” təlim təyyarəsini təhvil alıb ki, bu da Vyetnam müharibəsindən sonra ABŞ-nin ilk hərbi tədarükü olub.

Ordu.az xəbər verir ki, təyyarələr Hoşimin şəhərindəki “Tan Son Nhat” hava limanına gəlib və ABŞ istehsalı olan ilk hərbi təyyarələrin Vyetnama təhvil verilməsi kimi qeydə alınıb.

“Flightradar24” məlumatlarına görə, ilk təyyarə Banqkokdakı “Don Mueang” hava limanından 2 saatlıq uçuşdan sonra günorta saatlarında eniş edib.

Mülki hava limanına endikdən sonra təyyarələr “Phan Thiet” Hərbi Hava Limanına köçürülüb.

Burada sözügedən təyyarələrdən 920-ci alay tərəfindən həm pilot hazırlığı, həm də dəniz müşahidəsi rolları üçün istifadə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vyetnam   ABŞ  


Bizi "telegram"da izləyin