Ordu.az xəbər verir ki, 14 tankın satınalma dəyərinin təqribən 180 milyon ABŞ dolları olduğu təxmin edilir.
Müqaviləyə yeni rabitə və informasiya sistemlərinin, ehtiyat hissələrinin və lazımi materialların quraşdırılması, ilkin döyüş sursatlarının, habelə “Leopard” 2A4-lərin tədarükü daxildir.
Müqavilə çərçivəsində əlavə bir “Bergepanzer 3 Buffel” zirehli təmir vasitəsinin də təhvil verilməsi gözlənilir.
Tədarükçü 2026-cı ildə Çexiya ordusunu tanklarla təmin edəcək Almaniyanın “Rheinmetall” şirkəti olacaq.
Beləliklə, “Leopard” 2A4 tanklarının əvvəlki tədarükləri ilə birlikdə Çexiya Silahlı Qüvvələri bu tipli 42 tanka və 3 təmir-bərpa vasitəsinə sahib olacaq.
Sevinc Əliyeva
Ordu.az