Ordu.az xəbər verir ki, bu barədə Norveçdə yerləşən “Kongsberg” şirkətinin açıqlamasında qeyd olunub.
Bu çərçivədə ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) və ABŞ Dəniz Piyadaları Korpusu təxminən 12 milyard Norveç kronu (təxminən 900 milyon dollar) dəyərində müqavilə ilə gəmi əleyhinə raketlər alacaq.
Tədarükün 5 il ərzində başa çatdırılması nəzərdə tutulur.
Tədarük çərçivəsində ABŞ HDQ-nin inventarında olan LCS gəmiləri və “Constellation” sinfinə məxsus freqatlara gəmi əleyhinə raketlər veriləcək.
Bundan əlavə, NMESIS (NSM raketlərini qurudan vuran sistem) Dəniz Piyadaları Korpusuna veriləcək.
Sevinc Əliyeva
Ordu.az