“Deringöz”ün Xüsusiyyətləri və Texnoloji İmkanları
Platforma yüksək manevr qabiliyyəti, dəqiq naviqasiya qabiliyyəti, fərdiləşdirilə bilən missiya yükləri, optik və sonar təsvir texnologiyaları və simsiz rabitə infrastrukturu kimi qabaqcıl texnoloji xüsusiyyətlərlə təchiz edilib. Bu baxımdan “Deringöz” sualtı əməliyyatlar üçün əhəmiyyətli bir həll təklif edir.
Müxtəlif Tapşırıq Sahələri və Tətbiq Potensialı
Türkiyənin ilk avtonom sualtı platforması olan “Deringöz” geniş missiyalarda istifadə edilə bilər.
Önə çıan istifadə sahələri bunlardır:
Araşdırma, kəşfiyyat və müşahidə fəaliyyətləri;
Minaların aşkarlanması və məhv edilməsi fəaliyyəti;
Boru kəmərlərinin və infrastrukturun yoxlanılması;
Liman və baza təhlükəsizliyi.
Bu xüsusiyyətləri ilə “Deringöz” həm hərbi, həm də mülki ərazilərdə sualtı əməliyyatlarda strateji bir platforma kimi önə çıxır.
Texniki Xüsusiyyətlər və Performans Dəyərləri
“Deringöz” 600 metrə qədər işləmə dərinliyinə malikdir və modulyar quruluşu sayəsində müxtəlif missiya ehtiyaclarına uyğunlaşdırıla bilir. Platforma maksimum 5,5 düyün sürətdə və 3 düyün darama sürətində işləyə bilir.
Bu xüsusiyyətlər “Mavi Vətən”in (Türkiyədəki dənizlər) təhlükəsizliyinin təmin edilməsində və sualtı sərvətlərinin qorunmasında Türkiyəyə əhəmiyyətli bir üstünlük verir.
İlk Sınaqlar və Gələcək Planlar
“Deringöz”ün ilk dalışlı sistem sınaqları uğurla həyata keçirilib. ASELSAN mühəndislərinin innovativ yanaşması ilə hazırlanmış bu platforma təkcə cari ehtiyacları qarşılamağı deyil, həm də gələcək əməliyyat tələblərini formalaşdırmağı hədəfləyir.
“Deringöz”ün sualtı əməliyyatlarda mühüm rol oynaması və Türkiyənin sualtı müdafiə gücünü artırması gözlənilir.
Dəyanət Ağalarlı
Ordu.az