ASELSAN Aİ üzvü olan ölkəyə ixracat həyata keçirəcək

2024/11/b6-17-1731922621.jpg
Oxunub: 511     16:51     24 Noyabr 2024    
ASELSAN ilə Avropa İttifaqı (Aİ) üzvü olan bir ölkədəki platforma istehsalçısı arasında ümumi məbləği 16,6 milyon avro olan satış müqaviləsi imzalanıb.

Ordu.az xəbər verir ki, Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan ASELSAN yeni beynəlxalq müqavilə imzalayıb.

İstehsal etdiyi ən müasir məhsullarla Türkiyə Müdafiə Sənayesinin inkişafında mühüm rol oynayan ASELSAN yeni iş birliyində bu dəfə Aİ üzvü bir ölkə ilə masa arxasına oturub.

Sözügedən əməkdaşlıq Aİ üzvü olan ölkədə yerləşən platforma istehsalçısı şirkəti ilə həyata keçirilib.

Bundan əlavə, şirkətlə təkcə platformalar sahəsində deyil, həm də müasir müdafiə, təhlükəsizlik və kommunikasiya texnologiyaları çərçivəsində faydalı yüklərin, o cümlədən radar və elektro-optik sistemlərin ixracı üçün müqavilə imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Avropa-İttifaqı  


Bizi "telegram"da izləyin