Ordu.az xəbər verir ki, bu barədə şirkətin verdiyi açıqlamada bildirilib.
Açıqlamaya görə, dərc olunan hesabatda “Kaspersky” mütəxəssisləri 2025-ci ildə maliyyə kibertəhlükəsizlik mühitinin təkamülü ilə bağlı baxışlarını izah ediblər.
Hesabatda qeyd olunan tendensiyalardan biri odur ki, fərdi kompüterlər üçün ənənəvi bank və ya maliyyə zərərli proqramları ilə hücumların sayı azaldıqca ağıllı telefonlar üçün maliyyə kibertəhlükələri artır.
Anonimləşdirilmiş “Kaspersky” telemetriyasına görə, 2024-cü ildə Türkiyədə mobil maliyyə təhdidlərindən təsirlənən istifadəçilərin sayı 2023-cü illə müqayisədə təxminən 173 faiz artıb. Bu tendensiyanın 2025-ci ildə də davam edəcəyi gözlənilir.
“Kaspersky” tərəfindən paylaşılan hesabatdakı proqnozlara görə, 2025-ci ildə “ransomware” texnikasında irəliləyiş gözlənilir.
Sevinc Əliyeva
Ordu.az