“Merküt” xarici rabitə sistemi və termal görüntüləmə imkanları ilə xidmətə hazırdır - DETALLAR

2024/11/1731575240.jpg
Oxunub: 717     10:06     24 Noyabr 2024    
Pilotsuz hava məkanı idarəetmə sistemlərini dizayn edən, gələcəyin ağıllı və təhlükəsiz Pilotsuz Uçuş Aparatlarını (PUA) inkişaf etdirən “SAVX Teknoloji ve Havacılık” FPV tipli kamikadze PUA-sı “Merküt”ün xarici kommunikasiya sistemi və termal görüntüləmə imkanları ilə xidmətə hazır olduğunu video paylaşımı ilə açıqlayıb.

Sahədəki ehtiyacları qarşılamaq üçün inkişaf etdirilən “Merküt” 18 dəqiqə havada qala və 10 kilometr mənzilə çata bilir.

“Merküt”ün əsas diqqət çəkən xüsusiyyətləri bunlardır:

Təhlükəsiz Başlıq Sistemi: Təhlükəsizliyin ən yüksək səviyyədə təmin edildiyi “Merküt” təhlükəsiz başlıq sistemi ilə arzuolunmaz vəziyyətlərin qarşısını alır.

Təhlükəsiz Əməliyyat üçün Xarici Əlaqə Sistemi: “Merküt” xarici əlaqə sistemi bağlantısı təklif edərək, bütün şərtlərdə operatorun təhlükəsizliyini təmin edir.

Termal Kamera Seçimi: Gecə-gündüz və müxtəlif hava şəraitində istifadə oluna bilən termal kamera seçimi hədəf aşkarlama və izləmədə üstünlüklər təmin edir.

Yaxınlaşma Sensoru: Hədəflə müəyyən məsafə olduqda, avtomatik işə salınan partlama funksiyası partlayışın idarə olunması yükünü aradan qaldıraraq, operatora tam diqqətini hədəfə cəmləməyə imkan verir.

Yağışa davamlılıq: Sərt hava şəraitində işləmək üçün nəzərdə tutulmuş “Merküt” yağışa davamlı quruluşu ilə fasiləsiz xidmət göstərir.

Yüksək Yerlilik Göstəricisi: Yerli materialların və texnologiyaların üstünlük təşkil etdiyi “Merküt” Türkiyənin müdafiə sənayesinə töhfə verir və xarici asılılığı azaldır.

Aşağı Xərc: Aşağı qiymət nəzərə alınmaqla hazırlanmış “Merküt” iqtisadi cəhətdən sərfəli bir həll təklif edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merküt   Türkiyə  


Bizi "telegram"da izləyin