Yeni nəsil “gəzən sursat” sistemi: ALPAGUT

2024/11/1731166347.jpg
Oxunub: 578     16:00     13 Dekabr 2024    
ROKETSAN və STM-nin birgə inkişaf etdirdiyi yeni nəsil “gəzən sursat” sistemi (kamikadze tipli Pilotsuz Uçuş Aparatı (PUA)) “Alpagut” quru, dəniz və hava platformalarına inteqrasiya olunma qabiliyyəti ilə diqqət çəkir.

Layihə 2021-ci ildə başlayıb. Gecə-gündüz fəaliyyət göstərə bilən “Alpagut” sabit və hərəkət edən quru və dəniz hədəfləri, radar və rabitə sistemləri, komanda mərkəzləri kimi strateji obyektlər üçün təsirli bir həll olaraq hazırlanıb.

Sistem fürsət hədəflərinə qarşı üstün performans nümayiş etdirmək qabiliyyətinə malikdir. “Alpagut” 60 kilometrə qədər əməliyyat radiusuna, 60 dəqiqədən çox havada qalma qabiliyyətinə və müxtəlif növ döyüş başlıqlarını daşımaq qabiliyyətinə malikdir.

Sursat fərdi və ya sürü konsepsiyası ilə istifadə oluna bilsə də, hədəfə uğurla bağlana, izləyə və məhv edə bilər. İşlətmə konsepsiyasına görə atış etdikdən sonra bir müddət havada dövrə vuraraq, hədəfləri aşkar edə bilən “Alpagut” yerdən hədəf qiymətləndirməsi və istifadəçinin təsdiqi ilə avtonom şəkildə dalış edir və hədəfi məhv edir.

Texniki xüsusiyyətlər:

Mənzil: 60 km
Uzunluq: 2.6 metr
Çəki: 58 kq
Qanad genişliyi: 3 metr
İdarəetmə: Ətalətli Ölçmə Vahidi, Qlobal Mövqeləşdirmə Sistemi ilə dəstəklənən EO/İnfraqırmızı Görüntüləyici Axtarış Başlığı ilə “Man-in-the-Loop” terminal idarəetməsi
Döyüş başlığı: Qəlpəli, zirehdəlici, termobarik
Platforma uyğunluğu: Zərbə PUA-sı, PUA, sabit və fırlanan qanadlı hava platformaları
Hədəf növləri: Mobil və sabit hava hücumundan müdafiə elementləri, radar və rabitə sistemləri, komanda mərkəzləri, yüngül zirehli quru platformaları


Bu yaxınlarda “Akıncı” zərbə PUA-sına inteqrasiya edilən “Alpagut”un sınaqları davam edir. “Alpagut”un ilk uçuşunu bu ilin sonunda edəcəyi gözlənilirdi. Kütləvi istehsalın 2024-cü ilin ortalarında başlaması planlaşdırılırdı.

Digər potensial inteqrasiya edilmiş hava platformalarına “Aksungur” və TB3 zərbə PUA-ları, “Anka” və “Hürkuş” kimi milli sistemlər daxildir. Dəniz platformalarında MİLGEM sinfinə məxsus gəmilər, quru platformalarında isə insansız quru platformalarına inteqrasiya işləri davam edir.

Tam gücü hələ aşkar edilməsə də, “Alpagut” böyük marağa səbəb olur. Bu yeni nəsil sursat sərfəli həllər təqdim edərək, alternativlərə nisbətən daha üstün nəticələr verməsi gözlənilən müdafiə gücü olaraq Türkiyənin təhlükəsizlik ehtiyaclarına cavab verəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ALPAGUT   ROKETSAN   STM   PUA  


Bizi "telegram"da izləyin