Baş ağrısı yaradan PUA-lara qarşı Türkiyə tipli “sərfəli antidron”

2024/11/1730711288.jpg
Oxunub: 1452     10:07     16 Dekabr 2024    
Türkiyə müdafiə sənayesinin imkanları ilə dəqiqədə 1500 atış edə bilən 3 lüləli 12,7 millimetrlik “Gatling” Topundan istifadə edilməklə, antidron silahı hazırlanıb.

Ordu.az xəbər verir ki, Ostim Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyət göstərən DIGITEST radioelektron və elektromexaniki sistemləri layihələndirir/istehsal edir, müxtəlif sınaq cihazları ilə atəşə nəzarət, komanda idarəetməsi, görüntüləmə və elektro-optika kimi sahələrdə məhsullar inkişaf etdirir.

DIGITEST bu imkanlardan istifadə edərək, son vaxtlar döyüş meydanında ciddi təhlükəyə çevrilən Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı dəqiqədə 1500 atış edə bilən 12,7 millimetrlik “Gatling” Topu və 12,7 millimetrlik Uzaqdan İdarə olunan Stabilləşdirilmiş Silah Sisteminin istifadə edildiyi tədbir sistemi hazırlayıb.

Sərgi çərçivəsində 3 lüləli 12,7 millimetrlik silah sistemini təqdim etdiklərini bildirən DIGITEST müdafiə və aviasiya baş direktoru Sefer Erseven yaratdıqları sistemlə bu silahı antidron həlli olaraq yerləşdirdiklərini deyib.

Erseven sistemin radarla aşkar etdiyi təhdidlərin müəyyən bir nöqtədə təhlükəsiz şəkildə məhv edilməsini təmin etdiyini bildirib.

“PUA-ların qiyməti günü-gündən azalır. Qarşılıqlı tədbirlər görüb, daha qənaətcil həll yolları ilə məhv etmək lazımdır. Buna görə də biz daha ucuz həll yolları ilə adi sursatları aradan qaldıracaq silah sistemləri inkişaf etdiririk”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA  


Bizi "telegram"da izləyin