Azərbaycan və Belarus fövqəladə hallar nazirləri “ADEX” sərgisini ziyarət edib - VİDEO+FOTOLAR

2024/09/ec8da-1727177624.jpg
Oxunub: 498     15:07     24 Sentyabr 2024    
Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski Bakıda təşkil olunmuş “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib.

Bu barədə Ordu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hər iki nazir sərgi ilə yaxından tanış olublar.

Qeyd edilib ki, Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisə olan “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün effektiv platforma rolunu oynayır.

Sərgidə müxtəlif ölkələrin çoxsaylı şirkətləri təmsil olunur.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Belarus  


Bizi "telegram"da izləyin