Von der Leyen: “Ukraynada sülh bir addımda əldə edilməyəcək”

2024/06/666ef-1718549687.jpg
Oxunub: 359     18:46     16 İyun 2024    
Ukraynada sülhə nail olmaq bir addımda əldə olunmayacaq, bu, uzun bir yol olacaq.

Ordu.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen İsveçrədə Ukrayna ilə bağlı keçirilən konfransın yekunlarına dair mətbuat konfransında deyib.

"Ukraynada sülh bir addımda əldə edilməyəcək, bu, uzun bir səyahət olacaq" - o deyib. AK rəhbəri Rusiyanı İsveçrədə toplaşan “beynəlxalq ictimaiyyətin mesajına qulaq asmağa” çağırıb.

“Rusiya BMT Nizamnaməsinə əsaslanan sülhə hazır olduqda, Rusiyanın səylərimizə qoşulacağı vaxt gələcək”, o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leyen   Ukrayna  


Bizi "telegram"da izləyin