Yaşar Güler rumıniyalı həmkarı ilə görüşüb

2024/06/1719378770.jpg
Oxunub: 153     09:11     26 İyun 2024    
Türkiyə Milli Müdafiə naziri Yaşar Güler ​​İstanbulda Rumıniyanın müdafiə naziri Angel Tilvar ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

Güler ​​həmkarı Tilvar ilə İstanbul Gəmiqayırma Zavodunun komandanlığını ziyarət edib. Tilvar buradakı Dizayn Layihə Ofisində olub, görülən işlər haqqında məlumat alıb.

Güler ​​və Tilvar daha sonra TCG ALEMDAR xilasetmə gəmisinin işlərini yerində izləyiblər.

Məlumat üçün qeyd edək ki, səfər zamanı nazirləri Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ərcüment Tatlıoğlu müşayiət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rumıniya  


Bizi "telegram"da izləyin