Sloveniya prezidenti: “Ukrayna döyüşü dayandırsa sonu gələcək”

2024/06/Ekran-1718545251.jpg
Oxunub: 322     16:57     16 İyun 2024    
Ukraynada müharibə davam edir və əgər Ukrayna dövləti Rusiyaya qarşı mübarizəni dayandırsa, o zaman bu onların sonu olacaq, bu, həm də dünyada qanunun aliliyinə də zərbə vuracaq.

Ordu.az xəbər verir ki, bunu Sloveniya prezidenti Nataşa Pirts-Musar Ukraynadakı müharibə ilə bağlı Qlobal Sülh Sammitində deyib.

“Rusiya döyüşü dayandırsa, o zaman müharibə dayanacaq. Yalnız Ukrayna döyüşü dayandırsa, o zaman Ukraynanın sonu gələcək, amma bu, həm də qanunun aliliyinin sonu olacaq”.

Onun sözlərinə görə, sammitdə çoxlu sayda ölkə liderlərinin iştirakı onu göstərir ki, beynəlxalq ictimaiyyət Ukraynada baş verən bütün qlobal hüquq normalarının “dəhşətli pozulmasına” son qoymağın tərəfdarıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sloveniya   Ukrayna  


Bizi "telegram"da izləyin