Gürcüstanda partiya Putinə müraciət edib

2024/06/1718530082.jpg
Oxunub: 365     13:18     16 İyun 2024    
“Gürcüstan Sülh Naminə Həmrəylik” partiyasının üzvləri Rusiya prezidenti Vladimir Putinə iki ölkə arasında viza rejiminin ləğvi xahişi ilə müraciət ediblər.

Bu barədə Ordu.az “Sputnik Gürcüstan”a istinadən məlumat verir.

Siyasətçilər öz videomüraciətində həmçinin Rusiyada qalma müddətini pozan Gürcüstan vətəndaşlarının azadlığa buraxılmasına çağırıb və gürcülərin məşğulluq qaydalarının yüngülləşdirilməsini təklif ediblər.

Partiya üzvləri qeyd ediblər ki, bu tədbirlər Rusiya ilə Gürcüstan arasında münasibətlərin daha da yaxınlaşmasına kömək edəcək, həmçinin mehriban qonşuluq və diplomatik münasibətlərin tezliklə bərpası üçün əlverişli zəmin yaradacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Putin   Müraciət  


Bizi "telegram"da izləyin