Sunak: "Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir"

2024/06/1718515846.jpg
Oxunub: 305     09:18     16 İyun 2024    
“Ukraynada “davamlı sülh”ün bərqərar olması Kiyev üçün məqbul şərtlərlə baş verməlidir”.

Ordu.az “Sky News”a istinadən xəbər verir ki, bu fikri Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

Onun sözlərinə görə, İsveçrədə keçirilən Ukrayna üzrə sülh konfransı Avropa qitəsində münaqişəyə son qoymaq üçün beynəlxalq ictimaiyyətin əzmini nümayiş etdirir.

O, “Düzgün iş, ərazi bütövlüyü prinsipləri və BMT Nizamnaməsi əsasında Ukrayna üçün məqbul olan şərtlərlə davamlı sülhün həllini tapmaqdır”, -deyə bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Sülh  


Bizi "telegram"da izləyin