Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin yayıla biləcəyini deyib

2024/01/1705899770.jpg
Oxunub: 317     02:48     16 İyun 2024    
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin faciəvi nəticələrinin gündən-günə daha da artdığını və coğrafi olaraq yayılma təhlükəsi ilə qarşı-qarşıya qaldığını bildirib.

Ordu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsveçrənin ev sahibliyi etdiyi Ukrayna Sülh Sammitində çıxış edən Hakan Fidan iki ildən çoxdur ki, Avropanın mərkəzində dağıdıcı müharibənin olduğunu xatırladıb.

O, ölən və yaralananların sayının 500 mini keçdiyini və müharibənin məhvedici bir qüvvəyə çevrildiyini deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin