Bakıda kursantlar arasında keçirilən beynəlxalq idman yarışları başa çatıb - VİDEO+FOTOLAR

2023/11/03489-1699528043.jpg
Oxunub: 26165     15:03     09 Noyabr 2023    
Heydər Əliyev adına Hərbi İnstitutda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantlarının iştirakı ilə keçirilən beynəlxalq idman yarışları başa çatıb.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Ümumilikdə 80 hərbi qulluqçunun cəlb olunduğu yarışlarda komandalar idmanın futbol, voleybol, üzgüçülük və yüngül atletika üzrə növlərində mübarizə aparıblar.

Yarışların bağlanış mərasimində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər üç ölkənin Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər qalib komandaları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Şəxsi heyətin fiziki hazırlığının yüksək səviyyədə saxlanılması, Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantlarının iştirakı ilə keçirilən beynəlxalq idman yarışlarının əhəmiyyəti xüsusi vurğulanıb.

Yekunda qalib komandalara diplom, kubok və medallar təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Bakı   Kursantlar   Yarış  


Bizi "telegram"da izləyin