Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq - FOTOLAR

2023/11/c6bcc-1699463381.jpg
Oxunub: 30302     21:02     08 Noyabr 2023    
Füzuli rayonunun Qarğabazar kəndindəki tarixi memarlıq abidələri – Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq.

Ordu.az-ın xəbərinə görə, Prezident İlham Əliyev noyabrın 8-də Füzuli rayonunda Qarğabazar kəndinin təməlini qoyub.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov kənddə görüləcək işlər barədə dövlətimizin başçısına məlumat verib.

Dövlət başçısına məlumat verilib ki, kənddə tarixi memarlıq abidələri – Şah Abbas karvansarası və Şah Abbas məscidi də bərpa olunacaq. Qarğabazar kəndi Şəki-Qarabağ-Hindistan ipək ticarəti yolu üzərində yerləşdiyindən bu yoldan istifadə edən tacirlər uzun yolun yorğunluğunu çıxarmaq üçün Qarğabazar karvansarasında gecələyirdilər. Qarabağın ən qədim məscidlərindən olan, 1684-cü ildə inşa edilən Şah Abbas məscidi el arasında Hacı Qiyasəddin məscidi kimi də tanınır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Prezident   Füzuli  


Bizi "telegram"da izləyin