Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşüb - FOTOLAR

2023/11/8f90f-1699357287.jpg
Oxunub: 28795     15:30     07 Noyabr 2023    
Zəfər Günü münasibətilə "Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri" İctimai Birliyinin idarə heyətinin üzvləri və prokurorluğun digər veteranları ilə görüş keçirilib.

Bu barədə Ordu.az-a Baş Prokurorluqdan məlumat verilib.

İştirakçıları salamlayıb, onları Zəfər Günü münasibətilə təbrik edən Baş prokuror qeyd edib ki, bu qələbə müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin ictimai-siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin möhkəm iradəsi, müdrik diplomatiyası, yaratdığı güclü iqtisadiyyat, ordu quruculuğu sahəsində həyata keçirdiyi uğurlu siyasət və Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrimizin fədakarlığı sayəsində mümkün olub.

Qeyd olunub ki, 3 il bundan öncə rəşadətli Azərbaycan əsgər və zabitləri qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etmiş, bu ilin sentyabr ayının 19-da başlayıb 24 saatdan az davam edən lokal xarakterli antiterror əməliyyatlarının uğurla başa çatması nəticəsində isə Xankəndi şəhərində bayrağımız ucaldılmış və Ulu öndərin yaratdığı dövlətin suverenliyi bütün ölkə ərazisində təmin olunub.

Baş prokuror müharibədən sonrakı dövrdə dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurduna qayıdışı, bu istiqamətdə görülən sistemli işlərdən bəhs edərək, paralel olaraq yenidənqurma və bərpa işlərində birinci Vitse-Prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da yaxından iştirak etdiyini xüsusilə vurğulanıb.

Kamran Əliyev Vətən müharibəsi zamanı xalqımızla, dövlətimizlə bir cəbhədə dayanan prokurorluq orqanlarının üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirildiyini, xüsusən döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün olan bütün istintaq-əməliyyat tədbirlərinin peşəkarlıqla icra edildiyini qeyd edib.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daim prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqətin göstərildiyini vurğulayan Baş prokuror mühüm dövlət təsisatlarından biri kimi prokurorluq orqanlarının maddi-sosial bazası üçün yaradılmış təminatlar barədə söz açıb.

Eyni zamanda, prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsində veteran prokurorluq işçilərinin səmərəli təcrübəsinə daim ehtiyacın olması qeyd olunub.

Çıxış edən "Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri" İctimai Birliyinin sədri Seyfulla Aslanov, prokurorluğun veteranları Ruslan Hacıyev, Dürhəsən İmanov, Nadir Mirzəyev, Hafiz Məmmədov, Zahid Vəliyev və Vilayət Məmmədov Zəfər Günü münasibətilə xalqımızı təbrik edərək, Qələbənin əldə olunmasına qədər olan müddətdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətdən, ordumuzun gücündən söhbət açıblar. Həmçinin, ölkə rəhbərliyi tərəfindən prokurorluq orqalarına göstərilən qayğı və diqqətin prokurorluğun veteranları və pensiyaya çıxmış işçilərini də əhatə etdiyini, daim Azərbaycan dövlətinin yanında olduqlarını və cənab Prezidentin ətrafında sıx birləşərək, onun siyasətinə dəstək verdiklərini bildiriblər.

Görüş zamanı həmçinin prokurorluq orqanlarının keçdiyi inkişaf yolundan danışılmış, ötən günlər xatırlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Kamran-Əliyev   Veteranlar   Görüş  


Bizi "telegram"da izləyin