Şuşa şəhərində peşə məktəbi və kollecin binasına baxış keçirilib - YENİLƏNİB

2023/11/654a3-1699373847.jpg
Oxunub: 24720     19:40     07 Noyabr 2023    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərində peşə məktəbinin və kollecin binalarına baxış keçiriblər.

Ordu.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, peşə məktəbi və kollec Şuşanın tarixi Hamamqabağı, Seyidli və Culfalar məhəllələrində yerləşir. Sovet dövründə həmin ərazidə keçmiş kənd təsərrüfatı texnikumu və onun yataqxanası yerləşirdi. Həmin ərazidə peşə məktəbi də tikilmişdi.

Prezident İlham Əliyev peşə məktəbinin və kollecin ərazisinə baxıb, tapşırıq və tövsiyələrini verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərində peşə məktəbinin və kollecin binasına baxıblar.

Ordu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: İlham-Əliyev   Şuşa  


Bizi "telegram"da izləyin