Şərurda şəhid Sahil Cəlilovun xatirəsinə bulaq-abidə ucaldılıb - FOTOLAR

2023/11/85228-1699287028.jpg
Oxunub: 34469     19:58     06 Noyabr 2023    
Şərur rayonunun Dərvişlər kəndində şəhid Sahil Cəlilovun xatirəsinə bulaq-abidə ucaldılıb.

Ordu.az xəbər verir ki, tədbir başlamazdan əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Qoşqar Kamilov, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov torpaqlarımızın ərazi bütövlüyünün təmin olunmasında Şərurun qəhrəman övladlarının böyük rəşadət göstərdiyini, öndə gedən vətənpərvər oğullardan olduqlarını vurğulayıblar.

Digər çıxış edənlər şəhidin döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıq, igidlik və şücaətlərdən söhbət açıblar. Qeyd olunub ki, xalqımızın igid oğlu Sahil Cəlilov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tədbirdə məktəblilər Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda tədbir iştirakçıları üçün ehsan süfrəsi açılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şərur   Şəhid  


Bizi "telegram"da izləyin