BQXK media nümayəndələri üçün seminar keçirib - FOTOLAR

2023/11/1699076759.jpg
Oxunub: 24555     09:37     04 Noyabr 2023    
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) media nümayəndələri üçün seminar keçirib.

Ordu.az xəbər verir ki, noyabrın 2-3-də baş tutan seminar identifikasiya prosesinin humanitar aspektləri, itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı BQXK-nin mandatı və rolu mövzusuna həsr olunub.

Jurnalistlər həmçinin məhkəmə-tibbi ekspertiza metodologiyaları və itkin düşmüş şəxslərin ailələrinin ehtiyacları haqqında məlumatlandırılıblar.

Seminar zamanı nəzəri məlumatlarla yanaşı, bu istiqamətdə praktiki simulyasiya da keçirilib.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: BQXK   Media  


Bizi "telegram"da izləyin