Cəlilabadda iki küçəyə şəhid adı verilib - FOTOLAR

2023/11/03d13-1698941943.jpg
Oxunub: 30540     20:15     02 Noyabr 2023    
Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Qadir Heydərovun və Musa Əsgərovun adları verilmiş küçələrin açılışı olub.

Ordu.az-ın məlumatına görə, mərasimlərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailə üzvləri iştirak ediblər.

Çıxış edənlər şəhidlərin keçdiyi döyüş yolundan geniş söhbət açıblar.

Şəhid ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Cəlilabad   Şəhid  


Bizi "telegram"da izləyin