Xaçmazda lokal antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçuların 40 mərasimi keçirilib - FOTOLAR

2023/11/xachm-1698842666.jpg
Oxunub: 21674     16:25     01 Noyabr 2023    
Xaçmaz rayonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçuların 40 mərasimi keçirilib.

Mərasimlərdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və içtimayyət nümayəndələri iştirak ediblər.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub, ehsan süfrələri açılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidlik zirvəsinə ucalan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyib.

Mərasimlərdə qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanlıq salnaməsinə imza atan Şəhidlərimizin adını uca tutmaq, onların doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xaçmaz   Şəhid  


Bizi "telegram"da izləyin