Azərbaycan səfiri Qazaxıstanın iqtisadiyyat naziri ilə görüşüb - FOTOLAR

2023/10/69c85-1698559257.jpg
Oxunub: 16106     09:27     29 Oktyabr 2023    
Azərbaycanın Astanadakı səfiri Ağalar Atamoğlanov Qazaxıstanın milli iqtisadiyyat naziri Alibek Kuantırovla görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.

“Səfir Ağalar Atamoğlanov Qazaxıstanın milli iqtisadiyyat naziri A.Kuantırovla görüş keçirmişdir. Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində müsbət dinamikası vurğulanıb, ölkələrimiz arasında iqtisadi münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib”, – mətbuat xidməti diqqətə çatdırıb.

Xatırladaq ki, oktyabrın 27-də Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin mətbuat xidməti tərəflərin iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdiyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Qazaxıstan  


Bizi "telegram"da izləyin