Erol Özvar Qubada Soyqırım Memorial Kompleksini ziyarət edib - FOTOLAR

2023/10/653cd-1698488060.jpg
Oxunub: 13013     13:58     28 Oktyabr 2023    
Elm və Təhsil naziri Emin Amrullayev, Türkiyənin Ali Təhsil Şurasının rəhbəri cənab Erol Özvar və digər rəsmi şəxslər Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər.

Ordu.az xəbər verir ki, ziyarətçilər öncə 1918-ci il soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzmüş, daha sonra Kompleksin muzeyi ilə tanış olublar.

Qonaqlara erməni vandallarının 1918-ci ildə Azərbaycanda törətdikləri insanlığa sığmayan cinayət əməlləri-soyqırımı haqqında ətraflı məlumat verilib. Sonda qonaqlara soyqırımı hadisələrindən bəhs edən kitab, bukletlər, eləcə də Kompleksin 10 illik fəaliyyətinə həsr olunan hesabat kitabçası təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Quba   Soyqırım-Memorial-Kompleksi  


Bizi "telegram"da izləyin