Azərbaycan ilə Litva arasında hərbi tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib - FOTOLAR

2023/10/7fefd-1698393934.jpg
Oxunub: 33138     11:58     27 Oktyabr 2023    
Bakıda Azərbaycan və Litva Müdafiə nazirliklərinin hərbi tibb mütəxəssisləri arasında hərbi təbabət sahəsində təcrübə mübadiləsi məqsədilə görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə hərbi tibb sahəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Litva nümayəndə heyətinə Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, eləcə də hərbi tibbi təchizatla bağlı brifinq təqdim olunub.

Sonra qonaqlar Tibb İdarəsinin tabeliyində fəaliyyət göstərən bir neçə hərbi tibb müəssisəsinə gələrək burada yaradılan şəraitlə yaxından tanış olublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin