Özbəkistan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir - FOTOLAR

2023/10/0c6bb-1697641525.jpg
Oxunub: 22915     18:16     18 Oktyabr 2023    
Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanan 2023-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində qonaqlar əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.

Sonra qonaqlar Azərbaycan Ordusunun Döyüşü İdarəetmə Mərkəzi və Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsini ziyarət edərək burada görülən işlərlə tanış olub.

Qeyd edək ki, özbəkistanlı hərbi nümayəndələrin səfərinin başlıca məqsədi ordu quruculuğu sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Özbəkistan   Azərbaycan  


Bizi "telegram"da izləyin