Partlayıcı sursatların təhlükəsinə dair kitabın ingilis dilində nəşrinin təqdimatı olub - FOTOLAR

2023/10/49151-1697555486.jpg
Oxunub: 29958     19:01     17 Oktyabr 2023    
“Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi “Metodiki tövsiyələr”in ingilis dilində nəşrinin təqdimatı baş tutub.

Ordu.az xəbər verir ki, ingilis dilində nəşr olunmuş sözügedən kitab təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi üçün nəzərdə tutulub.

Kitabın əsas məqsədi oxucuların mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə xəbərdar edilməsi, işğaldan azad olunan ərazilərə səfər zamanı təhlükəsiz davranış qaydaları haqda məlumatlandırılması, eləcə də bu istiqamətdə əldə etdikləri bilik və bacarıqların başqaları ilə də paylaşmağa təşviq edilməsidir.

Təqdimatda Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov və Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, eləcə də təhsil müəssisələrinin rəhbər şəxsləri və universitetin müəllim, tələbə heyəti iştirak edib.

Qeyd olunan nəşr Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Bakı Slavyan Universitetinin birgə tərəfdaşlığı ilə ərsəyə gətirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Partlayıcı-sursatlar   Kitab  


Bizi "telegram"da izləyin